Minsk danışıqları: Rusiya "təcili atəskəs"ə çağırır





Ukraynada "təcili atəskəs" bazar ertəsi danışıqların əsas mövzusu olmalıdır, Rusiya xarici işlər naziri deyib.
Ukrayna qoşunları "mülki xalqa ziyan verəcək mövqeləri tərk etməlidir", Sergey Lavrov bildirib.
Ukrayna və Rusiya rəsmiləri Belarus paytaxtı Minskdə separatçı döyüşçülər və beynəlxalq nəzarətçilərlə danışıqlar aparacaq.
Şərqi Ukraynada aprel ayından davam edən münaqişədə 2600-ə yaxın insan ölüb.
Vəziyyət mart ayında Rusiyanın Krım yarımadasını özünə ilhaqından sonra gərginləşib.
Ötən həftə Rusiya və Ukrayna liderlərinin müzakirələri heç bir nəticə verməyib.
Separatçılar son günlərdə Luhansk, Donetsk və Mariupol limanı ətrafında Ukrayna torpaqlarını zəbt etməkdə davam edir.
Minskdə Əlaqə Qrupunun görüşündə ATƏT-in nümayəndələri də iştirak edəcək.