Sərkisyan Qarabağda italyanların qurduğu sexdə





Serj Sərkisyan sentyabrın 1-də yerli separatçıların lideri Bako Saakyanla birlikdə Xankəndidəki ipək kombinatına gedərək müəssisənin işi ilə tanış olub.

Dağlıq Qarabağa dünən başlayan səfərini davam etdirən Ermənistan prezidenti Serj Sərkisyan sentyabrın 1-də yerli separatçıların lideri Bako Saakyanla birlikdə Xankəndidəki ipək kombinatına gedərək müəssisənin işi ilə tanış olub.
Sərkisyan İtaliyanın "Sartis” firmasının yaratdığı "Qreyt Partnyorşip” şirkətinin tikiş sexinə baş çəkib.
Bu yeni sexdə 450 nəfərin işləyəcəyi vurğulanıb./Media forum/