Davudoğlu da Bakıya gəlir






Əhməd Davudoğlu ilk xarici ölkə səfərini Şimali Kipr və Azərbaycana edəcək.
Türkiyənin yeni seçilən baş naziri Əhməd Davudoğlu ilk xarici ölkə səfərini Şimali Kipr və Azərbaycana edəcək.
anspress-in məlumatına görə, yeni baş nazir 3-4 sentyabr tarixlərində paytaxt Ankarada olacaq. 5 sentyabr tarixində isə o, Türkiyə Böyük Millət Məclisində hökumətin yeni proqramını təqdim edəcək.
Davudoğlunun Şimli Kipr və Azərbaycana edəcəyi səfərin tarixi isə açıqlanmayıb.
Qeyd edək ki, Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə 2-3 sentyabr 2014-cü il tarixdə Azərbaycanda rəsmi səfərdə olacaq.
Bu barədə məlumat Türkiyə prezident administrasiyasının rəsmi internet saytında yayılıb.