Qızıl tabutla basdırıldı

İrlandiyada evinin qarşısında öldürülən 45 yaşlı mafiya lideri Andi Dublinin cənubunda dəfn edilib



İrlandiyada uşaqlarının və həyat yoldaşının gözləri qarşısında vurulan mafiya başçısı "Kök” ləqəbli Andi Konnors qızıl tabutla torpağa basdırılıb.
ANS PRESS-in məlumatına görə, İrlandiyada evinin qarşısında öldürülən 45 yaşlı mafiya lideri Andi Dublinin cənubunda dəfn edilib. Konnors 25 min sterlinq (90 min lirə) dəyərində qızıl bir tabutun içində son səfərinə yola salınıb.
3 milyon sterlinqlik malikanəsiylə danışılan Konnorsun IRA çirkli pul yuyulma işində ortaqlıq etdiyi adam və ya rəqib mafiya tərəfindən öldürülə biləcəyi ehtimal edilir.
Son olaraq 3 milyon sterlinqə aldığı malikanəylə gündəmə gələn Konnors ölkə səviyyəsində oğurlanmış avtomobillərlə əlaqədar İrlandiya polisinin istintaqında olub.
Konnorsun cənazə mərasimi fövqəladə təhlükəsizlik tədbirləri altında reallaşdırılıb.