"Çiçarito" rəsmən “Real”da!





Madrid "Real”ı daha bir futbolçunu heyətinə qatdı.

Apasport.az saytının məlumatına görə, "Kral klubu” "Mançester Yunayted”in hücumçusu Xavyer Hernandeslə güclənib.
Çempionlar Liqasının son qalibi 26 yaşlı oyunçunu "qırmızı şeytanlar”dan 1 illik müddətinə icarəyə götürüblər. 2010-cu ildə "Mançester Yunayted”ə keçən "Çiçarito" mövsümün sonunda azad agent olacaq və ehtimal edilir ki, "Real” Hernandesi tam heyətinə qatacaq. O, yenidən 14 nömrəli forma geyinəcək.
Qeyd edək ki, Xavyer 4 il ərzində "Mançester Yunayted”də 154 oyunda forma geyinib və rəqib qapılarından 59 top keçirib.