Ukrayna: Rusiya böyük bir savaşa başladı

"Təəssüf ki, belə bir döyüşdə itkilər yüzlərlə deyil, minlərlə və on minlərlə olacaq"



Ukrayna müdafiə naziri, Rusiyanın böyük bir döyüşə başladığını və bunun on minlərlə insanın ölümünə səbəb ola biləcəyini söylədi. Bu açıqlama, Ukrayna əsgərlərinin ölkənin şərqindəki Luqansk aerodromundan çəkilmək məcburiyyətində qalmasından sonra verilib.
"Böyük bir döyüş qapımızın qarşısına gəldi" deyən Ukrayna müdafiə naziri general-polkovnik Valeri Qeleteyi, bunun 2-ci  Dünya müharibəsindən bu yana bənzəri olmayan bir döyüş olduğunu ifadə etdi.
bu şərhini Facebookda yayıb.  "Təəssüf ki, belə bir döyüşdə itkilər yüzlərlə deyil, minlərlə və on minlərlə olacaq" dedi. Rusiya isə Ukraynanın və Qərbin iddialarını rədd edərək Ukraynadakı üsyançılara əsgər və təchizat köməyi etmədiyini ifadə edir.

UKRAYNA ƏSGƏRLƏRİ GERİ ÇƏKİLİR

Rusiya xarici işlər naziri Sergey Lavrov, "bu cür şərhlərin mədəni bir dövlətin müdafiə naziri tərəfindən verilməsinə inanmağın çətin olduğunu' söylədi.
Bazar ertəsi günü Ukraynanın şərqindəki qarşıdurmalarda, rus separatcıları üstünlük qazanarkən, Ukrayna gücləri geri çəkilmək məcburiyyətində qaldı.
Səlahiyyətlilər, qarşıdurmaların başlamasından bu yana 700-ə yaxın Ukrayna əsgərinin separatcılar tərəfindən əsir alındığını söyləyir.
Ukraynada hökumət gücləri ilə Rusiya yönümlü üsyançılar arasında son olaraq Luqansk şəhərindəki beynəlxalq aerodrom ətrafında qarşıdurmalar yaşanırdı.
Ukrayna ordusu tank atəşi altında qalmasının ardından aerodromdakı mövqeylərini tərk edib.
Tankların Rusiyaya aid olduğu irəli sürülmüşdü.

"RUSİYA DOĞRUDAN HÜCUM EDİR"

Ukrayna prezidenti Pyotr Proşenko da, Rusiyanı ölkəsinə "doğrudan və açıqca" hücum etməkdə günahlandırdı. Kievdə bir hərbi akademiyada danışan Ukrayna lideri, hökumət güclərinin son günlərdə aldıqları məğlubiyyət səbəbiylə Ukrayna ordusunda əhəmiyyətli dəyişikliklərə gediləcəyini də ifadə etdi.
 Ukraynanın Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı daimi nümayəndəsi Iqor Prokopçuk, beynəlxalq dünyanın Moskva üzərindəki sanksiyaları sərtləşdirməsini və Ukraynaya özünü müdafiə etməsi üçün əsgəri kömək göndərilməsinin lazım olduğunu ifadə etdi.
Keçdiyimiz günlərdə NATO, 1000 qədər rus əsgərinin Ukrayna sərhədini keçdiyini və ölkənin şərqindəki separatcılara kömək etdiyini ifadə etmiş və buna dair peyk fotoşəkilləri nümayiş etmişdi.