Mübariz Qurbanlı: “Tutduğum vəzifə partiyadakı işimə mane olmur”





 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunan YAP icra katibinin müavini Mübariz Qurbanlı təyinatı ilə bağlı partiyada tutduğu vəzifədən getməsi barədə məsələyə münasibət bildirib.
M. Qurbanlı APA-ya açıqlamasında deyib ki, tutduğu vəzifə onun partiyadakı vəzifəsinə qəti mane olmur. O qeyd edib ki, hazırda da YAP-da tutduğu vəzifəni maneəsiz davam elətdirir və bu, Komitə sədri kimi onun işinin yerinə yetirməsinə maneçilik törətmir: "Bütün hallarda bu məsələ partiya rəhbərindən asılıdır. Nə qədər məsləhət görsə, o vəzifədə davam edəcəyəm, əgər məsləhət görməsə davam etməyəcəyəm”.