Atəşkəs xəbəri yalan çıxdı

Vladimir Putinin mətbuat katibi yayılan xəbərləri təkzib edib



Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın Donetsk və Luqansk vilayətlərində daimi atəşkəsin elan edilməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
ANS PRESS-in məlumatına görə, Ukrayna prezidentinin mətbuat katibi yaydığı bəyanatda səhvə yol verib.
"Vladimir Putin və Pyotr Poroşenkonun telefon danışığından sonra Ukrayna prezidentinin mətbuat katibiliyi bəyanat yaydı ki, tərəflər Donbassda daimi atəşkəsin elan edilməsi ilə bağlı razılığa gəliblər. Halbuki prezidentlər bölgədə sadəcə atəşkəs razılığının əldə olunması ilə bağlı atılacaq addımları müzakirə ediblər. Rusiya münaqişə tərəfi deyil ki, atəşkəs rejimi elan etsin”, - deyə Peskov bildirib.
Qeyd edək ki, Ukrayna prezidentinin mətbuat katibliyi Putin və Poroşenkonun telefon danışığından sonra verdiyi bəyanata düzəliş edib.