Yeni dodaqlarına qovuşdu

Sürətlə yaxşılaşan Levis doyunca güləcəyi günləri gözləyir




İngiltərədə yaşayan 34 yaşlı Aleks Levis, soyuqladığını düşünərək xəstəxanaya getdi, ancaq problem düşündüyündən də böyük idi... Ağızını, qol və qıçlarını itirən Levis əməliyyat keçirdi.

Treptokok bakteriyaları dəridə və boğazda tez-tez rast gəlinir, ancaq bu bakteriyanın iki ölümcül növü var. Levisin bədənini insan yeyən bir bakteriya növü bürümüşdü... Buna görə Levisin iki qıçı və bir qolu kəsildi. Üzündə, xüsusilə ağız bölgəsində, yaralar meydana gəldi. Bir uşaq atası olan Levis, sol qolu və iki qıçı kəsildikdən sonra 1 həftə komada yatdı. 3 yaşındakı oğulu Sam, yaralar içində yatan atasını ilk gördüyündə dodaqlarında şokolad ləkəsi qaldığını sandı. Həkimlərin həyatda qalma şansının yüzdə 3 dediyi Levis əməliyyat keçirdi. Çiyinindən bir parça alınaraq dodaqlarına tikildi. Əməliyyat 20 saat davam etdi. Sürətlə yaxşılaşan Levis doyunca güləcəyi günləri dörd gözlə gözləyir. A qrupu streptokok bakteriyasından qaynaqlanan bu infeksiya xəstəliyi, dünyada 33 mində bir insanda rast gəlinir. Antibiyotik müalicə altında saxlanan xəstəlik nəticəsində bir çox orqan zərər görə bilir.