Azadlığa qovuşdular: 30 il boşuna həbs çəkdilər





ABŞ-da cinayət və təcavüzdə günahlandırılan iki nəfər həbsdə keçirdikləri 30 ildən sonra DNT testiylə günahsız olduqları aydın olunca sərbəst buraxıldı. BBC-in xəbərinə görə, qismən zehni maneəli olan iki ögey qardaş Henry McCollum (50) və Leon Brown (46) 1984-cü ildə, Şimal Karolinada 11 yaşındakı bir qıza təcavüz edərək öldürməkdən günahkar bilinirdi. İki ögey qardaşın hadisədə əli olduğuna dair heç bir fiziki dəlil tapıla bilməməsinə və qardaşların günahsız olduqlarını etiraf etməsinə baxmayaraq, o tarixdə 19 yaşında olan McCollum ölüm cəzasına, 15 yaşındakı Brown isə ömürlük həbsə məhkum edilmişdi. Ancaq keçdiyimiz aylarda 11 yaşında öldürülən Səbrinə Busuyanın üstündə olan DNT ilə hələ də bənzər bir cinayətdə həbsdə olan bir məhkumun DNT-sinin uyğunlaşdığı təsbit edildi. Şimal Karoline Masumiyet Araşdırma Komissiyası tərəfindən edilən təsbit nəticəsində əsl günahkarın o tarixdə eyni bölgədə yaşayan və indi 74 yaşında olan Roscoe Artis olduğu ortaya çıxdı. İki ögey qardaş günahsız olduqlarının aydınlaşmasından sonra tam 30 il sonra sərbəst buraxıldı.