Uelsdə NATO sammiti: Ceyms Uorlik yazıb ki, kəskin bəyanatlar gözlənilir




 ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Uelsdə keçirilən NATO sammitindən yazıb.
Həmsədr bu barədə Twitter səhifəsində qeyd edib.
O bildirib ki, bu gün Ermənistan və Azərbaycan prezidentləri NATO-un sammitində iştirak edirlər.

Ceyms Uorlik bildirib ki, sammitdə bizim ümumi dəyərlərimiz və hədəflər üzrə kəskin bəyanatlar gözlənilir.

Qeyd edək ki, NATO-ya üzv və qeyri-üzv ölkələrin dövlət başçılarının qatılacağı ikigünlük sammitdə cari və gələcək təhlükəsizlik çağırışlarına dair qərarlar qəbul ediləcək.