Obamadan Putinə göz dağı

ABŞ prezidenti NAATO sammitinə hərbi helikopterlə gəlib




ABŞ prezidenti Barak Obama NATO sammitində iştirak etmək üçün Uelsə Hərbi Dəniz Qüvvələrinə məxsus helikopterlə gəlib.
ANS PRESS-in məlumatına görə, qərb mətbuatı Obamanın bu gəlişini Rusiya prezidenti Vladimir Putinə mesaj kimi dəyərləndirib.

Belə ki, Obama Uelsin paytaxtı Kardiffə "Air Force One” təyyarəsi ilə gəldikdən sonra hərbi helikopterlə Hərbi Dəniz Qüvvələrinə məxsus HMS Duncan adlı gəmiyə gəlib. Prezident buradan da NATO sammitinə yollanıb.

"HMS Duncan” gəmisi bir neçə gün əvvəl Kardiff sahillərində yan almışdı.