İlqar Mikayıloğlunu Kamran Həsənli əvəzləyəcək







ANS-dən ayrılan tanınmış telejurnalist İlqar Mikayıloğlunun aparıcısı olduğu "Günəbaxan” verilişi bundan sonra Kamran Həsənlinin təqdimatında efirə gedəcək.

Bu barədə məlumatı AzNews.az-a Kamran Həsənlinin özü verib: "Yeni mövsümdən etibarən "Günəbaxan”da mən olacam. Bununla bağlı ANS rəhbərliyindən bir müddət öncə dəvət gəlmişdi və mən bu təklifi qəbul etdim”.