Zaqatala rayonunda təbii fəlakət

600-a yaxın ağac, 100-dək elektrik dirəyi uçub




Bu gecə Zaqatalada güclü külək, dolu və leysan yağışları nəticəsində rayon mərkəzinə və kəndlərə güclü ziyan dəyib. Bir çox yerlərdə inzibati və yaşayış binalarının damları uçub.
Qonşu Balakən rayonuna da analoji ziyan dəyib.
Zaqatala rayon İcra Hakimiyyəti başçısının müavini Elman Ramazanov bildirib ki, saniyədə 33-35 metr sürətlə əsən külək 600-a yaxın ağacı, 100-dək elektrik dirəyini uçurub.
Nəticədə yolların çoxu bağlanıb, yaşayış məntəqələri işıqsız qalıb.
E.Ramazanovun sözlərinə görə, yolların təmizlənməsi üzrə işlər başlanılıb və tezliklə yollar açılıb.
Təbii fəlakət nəticəsində qaz verilməsi də dayandırılıb.
Təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına rayon xidmətləri, Fövqəladə Hallar Nazirliyinin strukturları cəlb edilib. Ətraf mühitə dəyən zərərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri rayona gəliblər. İşçi qrupları kəndlərə dəyən zərərin qiymətləndirilməsi ilə məşğuldur.
Bu gün Zaqatalada hava şəraiti günəşlidir.
Cümə günü Ukrayna və Rusiya nümayəndələri Minskdə atəşkəs variantlarını nəzərdən keçirməyi planlaşdırır.