Bakıda maskalılar evə basqın edib






Bakıda maskalı şəxslər evə basqın edib.  Daxili İşlər Nazirliyinin saytının məlumatına görə, sentyabrın 4-ü saat 03 radələrində Nail Rzayevin Xətai rayonu Gəncə prospektindəki mənzilinə Emin kimi tanıdığı və üzlərində maska olan digər iki naməlum şəxs daxil olub. Həmin şəxslər ev sahibinin əl-ayağını yapışqanlı lentlə bağlayaraq, pul və zinət əşyaları tələb ediblər. Onlar mənzildə axtarış apararaq ev yiyəsinə məxsus bir ədəd qızıl üzüyü və iki ədəd mobil telefonu götürərək gediblər.
Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirə nəticəsində quldurluqda şübhəli bilinən, Bakı şəhər sakinləri Amid Qasımov, Umud Cəfərov və qardaşı Mirağa tutulublar.
Faktla bağlı araşdırmalar davam etdirilir.