Arif Hacılı başqanlığa namizədliyini irəli sürdü






Müsavat Partiyasının Mərkəzi İcra Aparatının keçmiş rəhbəri Arif Hacılı Müsavat başqanlığına namizədliyini rəsmən irəli sürüb.
Bu barədə APA-ya Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib.
Onun sözlərinə görə, A.Hacılı bununla bağlı partiyanın müvafiq qurumuna ərizə ilə müraciət edib.