Ebola qəsdən yayılır?

Bu virusu yaradanlar külli miqdarda vəsait əldə edir



Dünyaya dəhşət saçan Ebola virusunun qəsdən süni olaraq yaradıldığı ilə bağlı söz-söhbətlər bitmək bilmir. Ehtimallara görə, hətta bu virusa qarşı öncədən dərman preparatları və vaksinasiyalar da hazırlanıb. Bu ölüm yayan virusun yaradılmasında məqsəd xəstəlik olan ölkələrə həmin dərmanları sataraq gəlir əldə etməkdir.

Tibb elmləri doktoru, ekspert Adil Qeybulla bunun bir fərziyyə kimi ortaya atıldığını bildirib: "Hər halda bunu iddia etmək konkret ittiham irəli sürmək deməkdir. Ancaq bu barədə şüur altında düşünülə bilər ki, bu xəstəlik hardan yarandı”.

A.Qeybulla deyib ki, bununla bərabər virusların həyatın qeyri-hüceyrəvi formasıdır: "Onlar formasını dəyişərək yeni xassə alırlar. Məsələn, hepatit virusu interaktiv sarılıq virusunun modifikasiyasıdır. Yəni virus formasını dəyişib yeni xassə alıb. Beləcə virus formaları ortalığa çıxır”.

Qeyd edək ki, Afrikanın qərbində insanların həyatına son qoyan Ebola virusu qurbanlarının sayı 887 nəfərə çatıb. Syera Leon, Liberiya, Qvineya və Nigeriyada Ebola qızdırmasından 729 nəfərin öldüyü bildirilib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, fevral ayından bəri bu xəstəliyə 1603 nəfər yoluxub.

Vüqar Şahinoğlu