584 sosial mənzilin mülkiyyət hüququ təmin edilib
11:58 20.09.2017
Arxiv
457
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tikintisi davam edən ilk layihəsi – Yasamal Yaşayış Kompleksinin 9 binadan və 584 mənzildən ibarət olan birinci məhəlləsinin mənzillərinin mülkiyyət hüququnun qabaqcadan qeydiyyatı təmin edilib. MİDA-dan Lent.az-a verilən məlumata görə, bununla əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində "MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinə hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışlar təqdim olunub.
Mülki Məcəlləyə və "Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna uyğun olaraq qabaqcadan qeydiyyat sənədləri tikintisi davam edən mənzillərin alqı-satqısının rəsmiləşdirilməsi üçün əsasdır. Eyni zamanda, mövcud qanunvericiliyə uyğun olaraq, qabaqcadan qeydiyyat arayışı tikinti mərhələsində olan mənzillərin girov qoyularaq "Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti və "MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əməkdaşlıq müqaviləsini imzalamış müvəkkil banklar tərəfindən güzəştli ipoteka kreditlərinin verilməsinə imkan yaradır.
Mənzillər üzrə hüquqların qabaqcadan qeydiyyatı təsdiq olunmuş tikinti layihəsi və tikintiyə icazə əsasında aparılır, mənzillərin layihəyə uyğun şəkildə inşa olunmasına zəmanət verir. Yaşayış binası tikilərək istismara verildikdən sonra, mənzilə sahib olan vətəndaşın qabaqcadan qeydiyyat arayışı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə əvəzlənəcək.
Mənzil İnşaatı Dövlət Agentliyi 29 yaşayış binasından ibarət Yasamal Yaşayış Kompleksinin tikintisi davam edən növbəti mənzillərinin mülkiyyət hüququnun qabaqcadan qeydiyyatının təmin edilməsi istiqamətində işləri davam etdirəcək və müvafiq arayışların mərhələli şəkildə alınmasını təmin edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya