Müəyyən xəstəliklərdən əziyyət çəkən və əngəlli olan insanlar dünyanın bütün ölkələrində var
6 ildən sonra sosial yardımın ləğv olunacağı anlaşılan deyil
08:37 16.11.2017
Arxiv
906
İstənilən halda ölkədə sosial müdafiəyə ehtiyac olan əhali qrupları olacaq, bu nə özünüməşğulluqla, nə yeni iş yerlərinin yaranması ilə əlaqəli məsələ deyil
Müəyyən xəstəliklərdən əziyyət çəkən və əngəlli olan insanlar dünyanın bütün ölkələrində var
Müəyyən xəstəliklərdən əziyyət çəkən və əngəlli olan insanlar dünyanın bütün ölkələrində var
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov yaxın 6-7 il ərzində ünvanlı sosial yardımın ləğv edilməsinin nəzərdə tutulduğunu deyib. Nazir bildirib ki, bununla bağlı ünvanlı sosial yardımlar alan ailələr üçün özünüməşğulluq proqramlarının icrasına başlanılıb: "Bu proqramların icrası məqsədi ilə ötən il özünüməşğulluq sisteminə keçidlə bağlı proqramların icrasına 6 milyon manat ayrılmışdı və bu proqramların icrası 8 minə yaxın insanı əhatə edib”.
Nazir əlavə edib ki, bu yolla ailə tərkibində əmək qabiliyyəti olan insanları işlə təmin etməklə vətəndaşlara ünvanlı sosial yardım sistemini aradan qaldırmış olacağıq: "Bu proses təqribən 6-7 il davam edəcək. Ondan sonra Azərbaycanda ailədə əmək qabiliyyəti olan şəxs işsiz qalmayacaq. Bu proses tam başa çatdıqdan sonra ünvanlı sosial yardım ləğv ediləcək. Sadəcə ailədə əmək qabiliyyəti olmayanlara dövlət yardımı veriləcək. Belə ailələrə dövlət yaşayış minimumdan yuxarı miqdarda orta bir məbləğ müəyyənləşdirərək yardım verəcək”.
Ünvanlı sosial yardımın ləğv edilməsi ilə bağlı "Şərq”ə açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, elə əhali qrupları var ki, özünüməşğulluq proqramı olsa belə, bu proqram çərçivəsində onların hər hansı bir formada fəaliyyət göstərməsi mümkün olmur. Yəni, müəyyən xəstəlikləri olan və əngəlli insanlar var. İqtisadçı bildirib ki, bu kateqoriyaya aid olan insanların ünvanlı sosial yardım almaq hüququndan məhrum edilməsi yaxşı hal deyil:
"Ünvanlı sosial yardım olan bütün ölkələrdə sosial müdafiə ilə bağlı dövlətin müəyyən öhdəlikləri olur. Müəyyən xəstəliklərdən əziyyət çəkən və əngəlli olan insanlar dünyanın bütün ölkələrində var. Ona görə də ünvanlı sosial yardımın ləğv edilmə məsələsi anlaşılan deyil. İstənilən halda ölkədə sosial müdafiəyə ehtiyac olan əhali qrupları olacaq, bu nə özünüməşğulluqla, nə yeni iş yerlərinin yaranması ilə əlaqəli məsələ deyil. Dövlətin hər zaman özünün sosial və pozitiv öhdəlikləri olmalıdır ki, həmin kateqoriyaya aid olan insanların sosial vəziyyəti ilə bağlı müəyyən addımlar atılsın. Bu addımların atılması nəticəsində həmin kateqoriyaya aid insanların həyat və yaşayış tərzinə dövlətin pozitiv təsirləri ola bilər və olmalıdır da. Ona görə də sosial yardımı ləğv etməkdənsə, strukturunun dəyişdirilməsi daha yaxşı olardı.
Nazir özü də bir neçə dəfə qeyd edib ki, regionlarda müəyyən neqativ hallara rast gəlinib, korrupsiya halları olub, ödənişlər müqabilində sosial müavinətlərin ayrılması baş verib. Bu neqativ halların aradan qaldırılması üçün, əlbəttə, yeni mexanizmlərin işlənib hazırlanmasına ehtiyac var. Amma ünvanlı sosial yardımın birdəfəlik ləğv olunması düzgün yanaşma deyil, çünki istənilən halda ölkədə sosial müdafiəyə ehtiyacı olan əhali qrupları həmişə olacaq və həmin əhali qruplarına dövlət mütləq yardım əlini uzatmalıdır”.
.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi
AKP Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
11:19 08.11.2026
Siyasət