60 şagirdə ödənişsiz təhsil veriləcək
09:22 10.05.2019
Arxiv
600
Hədəf Kurslarında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunan Təqaüd imtahanın mükafatlandırma mərasimi keçirildi – 4 şagird təqaüd, 60 şagird ödənişsiz təhsil şansı qazandı.
Mayın 7-də Hədəf Kursları ümumilli lider Heydər Əliyevin 96 illiyinə həsr olunmuş Təqaüd imtahanının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Mükafatlandırma mərasimini giriş sözü ilə Hədəf Şirkətlər Qrupunun baş direktoru f.ü.f.d., dos Şəmil Sadiq açaraq, bu bilik yarışının əhəmiyyətindən danışıb. Ulu öndər Heydər Əliyevin təhsilin inkişafına xüsusi önəm verdiyini qeyd edən natiq məhz bunu əsas götürərək 10 il bundan öncə "Təhsil millətin gələcəyidir” şüarı ilə yola çıxdıqlarını bildirib.
Hal-hazırda da ölkə başçısı cənab İlham Əliyevin təhsil sahəsinin inkişafına xüsusi diqqət yetirməsinin bir müəllim olaraq onlara hər an stimul verdiyini vurğulayıb. "İdarə heyəti olaraq qərara aldıq ki, builki ənənəvi Təqaüd imtahanlarımızı Ümumilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr edək və daha çox istedadlı şagirdə dəstək verək” – deyə Şəmil Sadiq çıxışına yekun vurub.
Sonra şagirdlərə mükafatları təqdim etmək üçün Hədəf Kurslarının Elm və Tədris İşləri Departamentinin direktoru Elxan Nəcəfov səhnəyə dəvət edilib. O, Təqaüd-Güzəşt imtahanı barəsində tədbir iştirakçılarına ətraflı məlumat verib imtahanda uğur qazanan şagirdləri təbrik etdi. Elxan Nəcəfov qeyd etdi ki, Təqaüd imtahanında Azərbaycan və rus bölməsi olmaqla 5000-ə yaxın şagird iştirak edib və onların arasında xüsusi fərqlənən 4 şagird təqaüd, 60 şagird ödənişsiz, 14 şagird isə 70 % güzəştlə təhsil almaq şansı qazanıblar.
Tədbirin sonunda Hədəf Kurslarının filial müdirlərinin iştirakı ilə uğur qazanan şagirdlərə Təqaüd-güzəşt kuponları və hədiyyələr verilib
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna beş fərqli atəşkəs formatı üzərində işləyir
19:40 07.10.2026
Dünya
Messidən sonra Argentina millisində 10 nömrə üçün 3 namizəd
19:33 07.10.2026
Futbol
Azərbaycan səfiri etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
19:29 07.10.2026
Gündəm
Qalibaf: İranın müxalifləri ölkədə zorakılıq yaratmağa çalışır
19:03 07.10.2026
Dünya
Polşada məktəbdə bıçaqlı hücum olub, 10 nəfər yaralanıb
19:02 07.10.2026
Hadisə
Ceyhun Bayramov: “Orta Dəhlizin beynəlxalq ticarətdə rolu artır”
18:46 07.10.2026
Gündəm
BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib
18:15 07.10.2026
Dünya
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:56 07.10.2026
Dünya
Hörmüz boğazı bağlanarsa, İran iqtisadi çöküşlə üzləşəcək - ŞƏRH
17:45 07.10.2026
Aktual
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
17:23 07.10.2026
Sosial
Belarus MDB öllkələrinə çağırış etdi
17:06 07.10.2026
Dünya