Tramp Kimlə görüşündən sonra sanksiya qərarını açıqladı




Vaşinqtonun Şimali Koreyaya qarşı sanksiyaları dəyişməyəcək.

"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə prezident Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşünün nəticəsini şərh edərkən bildirib:

"Biz sanksiyalar barədə də danışdıq. Şimali Koreya sanksiyaların silinməsini istədi, ancaq biz bunu edə bilmərik. Sanksiyaların gücləndirilməsi məsələsindən danışmaq istəmirəm. Yetərincə güclüdür. Şimali Koreyada çoxlu qəribə adamlar var, onlar hələ yaşamalıdır. Bu, mənim üçün çox vacibdir”.