Ceyms Uorlik: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni imkanlar açılır"



"Yaranmış yeni vəziyyətdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni imkanlar açılır”.

ONA xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Ceyms Uorlik "Amerikanın Səsi”-nə müsahibəsində deyib. 

O əlavə edib ki, yeni imkanların açılması Ermənistanda hakimiyyətin dəyişməsi ilə bağlıdır: "Əminəm ki, yeni vəziyyətdən istifadə edən həmsədrlər Azərbaycan və Ermənistan liderləri arasında sammitin təşkili üzərində işləyirlər”.