Ohanyana zərbə - Maliyyə hesablarına və əmlakına həbs qoyuldu




Ermənistan Xüsusi İstintaq Xidməti 2008-ci il martın 1-də baş vermiş hadisələrə dair cinayət işi çərçivəsində keçmiş müdafiə naziri Seyran Ohanyanın maliyyə hesablarına həbs qoyub.

 ONA-nın məlumatına görə, bu barədə "Pastinfo” xəbər yayıb.

Mənbə bildirib ki, istintaq zamanı onun maliyyə hesabları ilə yanaşı, mülkünə də həbs qoyulub.

Qeyd edək ki, Seyran Ohanyan Xocalı soyqırımının və I Qarabağ müharibəsi zamanı törədilmiş müxtəlif cinəyətlərin əsas iştirakçılarındadır.