ABŞ-ın yeni səfiri tezliklə Azərbaycana gələcək




ABŞ-ın Azərbaycandakı səfiri Örl Litsenberger tezliklə Bakıya gələcək.
Bu barədə "Report"a ABŞ səfirliyinin Mətbuat xidmətindən bildiriblər.

Xatırladaq ki, ABŞ Senatı Ö.Litsenbergerin ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyini təsdiq edib.
Onun sələfi Robert Sekuta ötən ilin mart ayında ölkəmizdəki diplomatik missiyasını bitirib.