Yanğında xəsarət alanlarla bağlı RƏSMİ MƏLUMAT




Dünən Nərimanov rayonunda yataqxanada baş verən dəhşətli yanğınla bağlı təcili yardıma ümümi olaraq 24 müraciət olunub.

Bu barədə "Sherg.az"a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

O bildirib ki, müraciətlər edənlərdən 8 nəfərinə hadisə yerində ilkin tibbi yardım göstərilib:


"14 nəfər isə Respublika Toksikologiya Mərkəzinə aparılıb. 5 nəfər xəstəxanaya yerləşdirilib və vəziyyətləri orta-ağır qiymətləndirilir. 2 nəfər isə hadisə zamanı ölüb”.