"Son aylar atılan sosialyönümlü addımlar inqilabi xarakterli dəyişikliklərdir. Doğrudur, əvvəlki illərdə də 5-10-15 faiz artımlar olurdu. Amma birdən-birə 100 faiz, 80 faiz artım heç bir dövlətdə baş vermir"
Bu barədə "Sherg.az"a millət vıkili Musa Quliyev deyib. Parlament üzvü qeyd edib ki, ötənlərdə ölkə rəhbəri əhalinin sosial-iqtisadi vəziyyətinin gücləndirilməsi ilə bağlı yeni sərəncam imzladı:

"Həmin sənəd 600 minə yaxın vətəndaşın sosial rifahının yaxşılaşmasına yönəlib və bütün istiqamətlərdə sosial müavinətlər artırıldı. Bəziləri 100 faiz, bəziləri 80 faiz. Təxminən indiyə kimi sosial müavinətlərə dövlət büdcəsindən 400 min manat vəsait ayrılırdısa, artq bu, 800 miyona çatdırıldı.
Parlamentarinin qənaətincə, Prezidentin son iki ayda apardığı bu islahatlar nəticəsində 2 milyondan artıq şəxsin həyat şəraiti yaxşılaşıb:
"Eyni zamanda dövlət başçısı 2015-ci il devalvasiyasından sonra banklardan götürülən dollar kreditlərinin, başqa sözlə, problemli kreditlərin həlli ilə bağlı da qərar verdi. Burada həm vətəndaşlarımızın, həm də bankların, yəni özəl sektorun maraqlarını dövlət təmin edəcək.
Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti hər an Azərbaycan vətəndaşının yanındadır. Cənab Prezident hər an Azərbaycan vətəndaşının sosial rifah halının güclənməsi barədə düşünür və sosial müdafiə dövlət başçısının diqqəti və qayğısı altındadır".
Ayyət Əhməd