Nazir: Azərbaycan kibertəhlükələri azaltmaq üçün bütün addımları atır




Azərbaycanda kibertəhlükəsizliyə xüsusi diqqət verilir və kibertəhlükələri azaltmaq üçün bütün addımlar atılır.

Trend-in məlumatına görə, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bakıda kibertəhlükəsizliyə həsr olunmuş internet idarəetməsi üzrə 6-cı Regional forumda deyib.

Nazir bildirib ki, informasiya texnologiyaları sayəsində Azərbaycan iqtisadiyyatı yeni səviyyəyə çıxıb, dövlət və vətəndaşlar arasında münasibətlər isə daha da şəffaflaşıb.

O qeyd edib ki, bu gün ölkə əhalisinin 80 faizdən çoxu internetdən istifadə edir.

BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıqdan danışan nazir vurğulayıb ki, təşkilat Azərbaycanda İKT sahəsində keçirilən proqramları dəstəkləyir.