Bakıda çoxmərtəbəli binada yanğın - Sakinlər təxliyə edildi




Bakıda çoxmərtəbəli binada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən ONA-ya verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində ümumi sahəsi 156 m² olan mənzilin yanar konstruksiyaları 5 m² sahədə yanıb, yüksək temperaturdan 2 ədəd kondisioner əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı 2 nəfər bina sakini xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​