65 dollara satıldı

Dünyanın “ən qara körpəsi” gerçək deyilmiş




İctimai medianı silkələyən dünyanın ən qara körpəsinə aid fotoşəkilin əsli ortaya çıxdı.
Gerçək olub, olmadığı müzakirə edilən körpə son dövrlərin ən çaşdırıcı fotoqrafın qəhrəmanı oldu. Mahatma Qandi Memorial xəstəxanasında dünyaya gəldiyi deyilən fotoşəkildəki körpə ‘’Dünyanın ən qara körpəsi’’ paylaşmalarıyla Twitterdə hadisə oldu. Xüsusilə Cənub Afrika və Hindistanda hadisə yaradan körpə haqqındakı gerçəklər ortaya çıxdı. Şəkildəki görüntünün bir oyuncaq qorilla balasına aid olduğu və 65 dollara satıldığı ifadə edildi.