BMU-da Novruz bayramına həsr olunmuş tədbir keçirilib - Fotolar

Bakı Mühəndislik Universitetində (BMU) "Bu yaz bir başqa yazdır" adlı Novruz bayramı tədbiri keçirilib. Universitetin rəhbərliyi, müəllim-tələbə heyətinin iştirakı ilə keçirilən tədbirdə milli mətbəximiz, oyunlarımız və adət-ənənələrimiz nümayiş etdirilib. Təşkil olunan bayram tədbirinin məqsədi gənclərdə Novruz bayramı haqqında bilikləri formalaşdırmaqdır.
BMU-nun rektoru, professor Havar Məmmədov bayram münasibətilə universitetin müəllim və tələbələrini, əməkdaşlarını təbrik edib. Azərbaycan xalqının adət-ənənələri, müqəddəs dəyərlərimizin təşəkkülünə töfhələr verən, milli ənənə və dəyərləri qoruyub saxlayan Novruzun tarixi və mahiyyəti barədə məlumat verən rektor bu bayram ümidin, təbiətin canlanmasının, eləcə də dostluğun, sülh və əmin-amanlığın təzahürü olduğunu diqqətə çatdırıb. 
O, bidirib ki, keçmiş İttifaq məkanında milli bayramlara yasaq qoyulduğu bir vaxtda ölkəyə rəhbərlik edən ulu öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunması, yaşadılması, Novruz bayramının ən yüksək səviyyədə keçirilməsi üçün bütün imkanları yaratmışdır. 
Bu ənənə ölkə başçısı İlham Əliyev tərəfindəndə uğurla davam etdirilir. Arzu edirəm ki, bu bayramı Qarabağda təntənə ilə tezliklə qarşılayaq. Dövlət başçısı İlham Əliyevin siyasəti, güclü iradəsi sayəsində buna nail olacağımıza inanıram.
Bayram tədbiri tələbələrin ifasında Novruza xas oyunlar, milli rəqslər və musiqi ifaları ilə davam edib.
Tədbirin sonunda rektor Havar Məmmədov universitetin həyətində Novruz bayramının rəmzi olan tonqalı alovlandırıb.