“Beşiktaş” qələbə qazandı

Futbol üzrə Türkiyə Superliqasında XVII turun daha bir oyunu keçirilib.

Teleqraf xəbər verir ki, “Beşiktaş” doğma meydanında “Rizəspor”u qəbul edib.

Görüş İstanbul təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

Komandanın yeganə qoluna 64-cü dəqiqədə Milot Raşika imza atıb.

Bu nəticədən sonra “Beşiktaş” turnir cədvəlində 29 xalla 5-ci, “Rizespor” 18 xalla 11-ci pillədə qərarlaşıb.