Deputat: “Əfv sərəncamı çoxsaylı insanlara sevinc bəxş etdi” – Humanizm nümunəsi





"Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində imzaldaladığı əfv sərəncamını yüksək qiymətləndirirəm. Bu sərəncam hər Novruz ərəfəsində imzalanır və çoxsaylı insanlara sevinc bəxş edir”.

Bu barədə "Sherg.az”a millət vəkili Rüfət Quliyev bildirib. 

O qeyd edib ki, ölkə başçısı tək bu məsələ ilə bağlı deyil, digər proseslərlə bağlı da humanist qərarlar verir:

"Bu sərəncam onu göstərir ki, ölkə, cəmiyyət və dövlətdə humanizm ən yüksək səviyədədir. Prezident bunu öz əməli işləri ilə həm daxili, həm də xarici qüvvələrə sübut edir. Ölkə başçısı bununla həm də bir örnək formalaşdırır ki, insanlarlar bir-birinə daim humanist yanaşsınlar”.

Millət vəkilinin sözlərinə görə, Preziddentin bu humanist addımı bəzi məmurlara bir ismarıcdı: "Ölkə başçısı məmurlara bildirir ki, insanlar xoş münasibət göstərmək lazımdır. 

Əlbəttə, təcridxanalardakıların azad yaşamaq hüququ var. Ola bilər hansısa yanlışa yol versinlər və bunun nəticəsində məhkəmənin qərarından sonra həbsə alınsınlar. Cəzalarının müəyyən bir hissəsini cəkəndən sonra cənab Prezident sərəncamla onları əfv edir. O ümidlə ki, həmin insanlar səhvlərini anlayıb, azadlığa çıxdıqdan sonra həmin səhvi etməsinlər. Bundan sonrakı həyatlarını daha yaxşı və ibrətamiz formdada qursunlar, düz yola qayıtsınlar.

Bundan başqa Prezident insnaların sosial rifah halı və mənzil şəraitinin yaxşılaşması ilə bağlı da sərəncamlar imzalayır. Bu da onu göstərir ki, ölkəmizin sosial siyasəti cəmiyyətin inkişafı üçündür. Sonda onu qeyd edim ki, bu gün imzalanan sərəncamla azadlığına qovuşan hər bir kəsi təbrik edirəm. Daim ailələrinizin içində olun !”.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncam 431 şəxsə şamil olunub.

Ayyət Əhməd