« Sarı jilet »lilər Prezident Sarayı yaxınlığındakı bankı yandırdılar: 11 yaralı




Fransada Kolize küçəsin və Ruzevelt bulvarı arasında yerləşən bir bankda yanğın baş verib.

« Sherg.az» « lexpress.fr»ə istinadən xəbər verir ki, hadisə « sarı jilet»lilərin 18-ci aktı ərəfəsində yaşanıb.
Nümayişçilər Prezident Sarayı yaxınlığında yerləşən bank agentliyini yandırıblar. 

Hadisə nəticəsində 11 nəfər xəsarət alıb. 2 nəfər yanğından xilas edilib. Bir xanım və azyaşlı körpəsi ikinci mərtəbədə küncə sıxılmış vəziyyətdə qalıb. Lakin yanğın söndürənlər onları xilas edə bilib.

Tərcümə etdi : Ayyət Əhməd