II Dünya müharibəsi ilə bağlı ARXİVLƏR AÇILACAQ





Vatikan 2020-ci ildə İkinci Dünya Müharibəsi ilə bağlı arxivləri açacaq.

« Sherg.az» « lemonde.fr »ə istinadən xəbər verir ki, bir çox alim Papa XII Piyin fəaliyyəti (1939-1958) ilə bağlı mübahisələrə görə, arxivlərin açılmasını tələb edib.

Bu barədə martın 4-də Papa Fransis məlumat verib. O qeyd edib ki, İkinci Dünya müharibəsi zamanı XII Piyin mübahisəli fəaliyyətinə işıq tutmaq üçün Vatikanın gizli arxivləri (1939-1958) 2020-ci ilin 2 mart tarixində açılacaq :

: « Kilsənin heç bir qorxusu yoxdur. Xatırladım ki, XII Piyin fəaliyyəti ilə bağlı müəyyən qəmgin və qaranlıq məqamlar var. Mən bu qərarın icrasını üzərimə götürürəm. Bu məsələ çox ciddi və obyektiv şəkildə araşdırılacaq. Hər şey aydınlığına qovuşacaq ».

Tərcümə etdi : Ayyət Əhməd