Niyə spirtli içki siqaretə istək yaradır ? – Tədqiqatçılardan izah

Spirli içki siqaretə meyli gücləndirir. Amerikalı tədqiqatçılar bunun səbəbini izah ediblər.
« Sherg.az» «.sciencesetavenir.fr »ə istinadən xəbər verir ki, hazırda Amerikada orta nəslin 85 faizi spirt və siqaret istifadəçiləridirlər. Bu faizlərin eynilik təşkil etməsi alimlərin bu sahəni araşdırmaq qərarına gəlməsinə səbəb olub. 
Araşdırmalar nəticəsində alimlər belə bir qənaətə gəliblər ki, siqaret insanlarda spirtə olan meyli gücləndirir, spirt də siqaretə olan istəyi artırır. Alimlər hesab edirlər ki, bunun iki səbəbi var. 
Birinci səbəb odur ki, hər ikisi də bir neçə beyin regionunu aktivləşdirərək məmnunluq və eyforiya hisslərini yüksəldir. Bu barədə « Journal of Neurochemistry » jurnalında ABŞ-ın Missuri Universitetində çalışan alimlərə məxsus dərc edilən məqalədə bildirilir.
Yazının müəllifi Maheş Takkarın sözlərinə görə, siçovullar üzərində aparılan tədqiqatlar götərir ki, alkol və nikotin insanda yuxusuzluq vəziyyəti yaradır : 
«Bu təcrübədən sonra biz onu kəşf etdik ki, nikotin insanlarda yorğunluq hissini zəiflədir. Məhz ona görə də, insanlar spirtli içkidən sonra dinamizm hissini artırmaq üçün siqaret çəkirlər. Məhz ona görə də, siqaret çəkən insan spirtli içki, alkol qəbul edənlər isə nikotin tələb edirlər. Amma bu bütövlükdə beyində təhlükəli dairə yaradır.
Məzh ona görə də, ruhi xəstələr, konkret olaraq şizofreniya xəstələri nikotin çox bağlı olurlar. Yazıda o da qeyd olunur ki, nikotin spirt qəbulunu təşviq edir, həm də asılılığı yaradır.
Tərcümə etdi : Ayyət Əhməd