Aydın Mirzəzadə: “Proporsionalda seçici öz deputatını tanımır”
Proporsional seçki sistemi bərpa oluna bilər
Məlahət İbrahimqızı: “Bunun üçün xüsusi hazırlıq olmalıdır”
Aydın Mirzəzadə: “Proporsionalda seçici öz deputatını tanımır”
Aydın Mirzəzadə: “Proporsionalda seçici öz deputatını tanımır”
Eldar İbrahimov: "Təsadüfi adamlar parlamentə düşür”
Fazil Mustafa: "Bu məsələdə hakimiyyətin addım atması vacibdir”
Bir sıra xəbər portallarının yaydığı məlumata görə, gələn ilin əvvəlində proporsional seçki sisteminin bərpası ümumxalq səsverməsinə çıxarılacaq. İddialara görə, referendumda konstitusiyaya çox mühüm əlavə və dəyişikliklər ediləcək. Xatırladaq ki, 2002-ci ilədək Azərbaycanda parlament seçkiləri qarışıq sistem üzrə, majoritar və proporsional olmaqla keçirilirdi.
2002-ci ildə konstitusiya islahatları ilə bağlı keçirilən referendumla proporsional seçki sistemi ləğv olundu və bütövlükdə majoritar sistemə keçildi. Ancaq ötən müddət ərzində müxalifətlə yanaşı, iqtidar nümayəndələri də proporsional seçki sisteminin bərpasını tələb etməyə başladılar. Məsələn, YAP Siyasi Şurasının üzvləri, keçmiş deputat Əli Əlirzayev, millət vəkili Eldar İbrahimov dəfələrlə bu istiqamətdə öz mövqelərini ortaya qoyublar. Hətta baş nazirin müavini Əli Əhmədov da proporsional seçkilərin bərpasının mümkün olduğunu dilə gətirib. Həmçinin, Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa da ötən illər ərzində müsahibələrində və parlamentdə mövzu ilə bağlı fikirlərini səsləndiriblər.
Referendumla bağlı yayılan xəbərlərə münasibət bildirən YAP Siyasi şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı bu informasiyanın doğruluğuna inanmadığını deyib. Parlament üzvünün sözlərinə görə, referendum keçirmək bir neçə aya həll olunan məsələ deyil: "Bunun üçün xüsusi hazırlıq olmalıdır. Ümumxalq səsverməsini tələm-tələsik etmək mümkün deyil. Referendum ən ali demokratik prosesdir. Eyni zamanda ölkədə proporsional seçki sisteminin bərpa olunmasına da zərurət yoxdur. 2002- ci ildə referendumla bu seçki sistemi ləğv edilib. Bu sistemin yenidən qaytarılmasının mümkünlüyünü düşünmürəm”.
YAP-ın Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə də majoritar sistemin daha üstün olduğunu bildirib. Millət vəkili hesab edir ki, proporsional sistemdən fərqli olaraq, majoritar sistemdə deputatla seçici arasında birbaşa təmas yaranır: "Hazırkı dönəmdə majoritar seçki sistemi daha üstündür. Bu gün proporsionallığın bərpasına ehtiyac yoxdur. Proporsionalda seçici öz deputatını tanımır. Seçicinin kimin qapısını döyəcəyi, kimdən haqqını istəyəcəyi bilinmir. Amma majoritarda namizəd hər bir seçicinin qapısını döyməli olur. Hər bir seçici qarşısında öz məsuliyyətini hiss edir. Mən şəxsən özüm Mingəçevirdə insanlarla görüşüb, onların problemlərinə bələd oluram”.
Millət vəkili Eldar İbrahimov isə deyib ki, Azərbaycanda qarışıq seçki sisteminin bərpa olunmasına ehtiyac var: "Ola bilsin, gələcəkdə bu sistemin tətbiqi məsələsinə baxılacaq. Hələlik bu təklifin nə zaman reallaşa biləcəyi haqda danışmaq tezdir. Bərpa edilib-edilməyəcəyini zaman göstərəcək. Sadəcə bir şeyi vurğulayım ki, qonşu ölkələrin hamısında proporsional və majoritar seçki sistemi mövcuddur”. Deputatın fikrincə, proporsional sistem daha ədalətlidir: "Düzdür, ideal sistem deyil, amma majoritardan uğurludur. Məsələn, bələdiyyə seçkiləri keçirilir. Hər hansı bir vətəndaş gəlib 19 nəfər ona tanış olmayan, məlum olmayan adama səs verir. Bu zaman vətəndaş üçün problem yaranır, seçici kimə səs verəcəyini bilmir. Məncə, daha münasib olanı proporsional sistemdir. Proporsional sistemdə partiya çalışır ki, az-çox nüfuzu, hörməti olan namizədləri irəli sürsün. Majoritar sistemdə isə tamam başqa prinsiplər, şəxsi tanışlıq və münasibət öndə durur. Ona görə təsadüfi adamlar parlamentə düşür”.
BQP sədri, millət vəkili Fazil Mustafa da proporsional sistemin bərpasına tərəfdar olduğunu deyib. Deputat hesab edir ki, partiyaların inkişafı üçün bu sistemin bərpası xeyli vacibdir: "Təəssüf ki, məsələnin öz həllini tapması istiqamətində hələlik heç bir irəliləyiş yoxdur. Hələ də majoritar sistemə üstünlük verilir. Partiya sistemini inkişaf etdirmək baxımından proporsional seçki sisteminə keçid zəruridir”. F.Mustafa bildirib ki, proporsional sistem parlament üsul-idarəli respublikalar üçün daha uyğundur: "Gələcəkdə parlament tipli respublikaya keçid edə bilməyimiz üçün indidən proporsional sistemin bərpası faydalı ola bilər. Bu məsələdə hakimiyyətin addım atması vacibdir”.
Referendum məsələsinə gəlincə isə millət vəkili bəyan edib ki, proporsional sistem referendum vasitəsilə ləğv edildiyindən onun bərpası da yalnız referendum keçirməklə mümkündür: "Proporsional sistemin bərpası üçün konstitusiya dəyişikliyinə ehtiyac var və bu dəyişikliyin həyata keçirilməsi üçün ortaya mütləq siyasi iradə qoyulmalıdır.
İsmayıl