İnsanlardan qaçdı: 6 ildir mağarada yaşayır





Son illərin ən şiddətli soyuqlarının yaşandığı və keçdiyimiz günlərdə 4 adamın soyuqdan donaraq öldüyü Bosniyada bəzi evsizlərin həyatı ürək sızladır.

Ölkənin orta seqmentlərindəki Zenitsa şəhəri yaxınlığında olan bir mağarada 6 ildir həyatını davam etdirən Jarko Hrgiç də soyuqların başlamasıyla çətin günlər yaşayır. Bir zamanlar ailəsi ilə birlikdə yaşadığı isti bir evi olan Hrgiçə bu gün mağarasında itlər yoldaşlıq edir. Mağarada yaşamasının səbəbinin "insanlardan uzaq dayanmaq istəyi” olduğunu izah edən Hrgiç, "Burasını 30 il əvvəl kəşf etdim. Şəhər mərkəzində yaşayarkən buranın qarşısından keçərkən, çayda üzməyə alışdım” dedi. Həyat yoldaşından 30 il əvvəl boşandığını və onunla görüşməyən bir oğulu olduğunu izah edən Hrgiç, bir neçə dəfə Almaniyadan sığınacaq almaq istədiyini, ancaq hər dəfə də müraciətinin geri çevrildiyini söylədi. Mağarada, yemək bişirmək istisna olunmaqla heç nə yandırmayan Hrgiç, Yaza nisbətlə qışları mağarada olmaq çox yaxşıdır. Tək çətinliyim çayın daşıb mağaranın içinə su girməsidir. Yoxsa içərisi istidir. Buradakı daş xüsusi bir daşdır. Qışları isti, yayları isə sərin olur” deyə danışıb. Son illərin ən şiddətli soyuqlarının yaşandığı Bosniyada keçən həftə 44 yaşlı Milorad Çeliç Tesliçdə, ‘53 yaşındakı M. K. Duzlada, 59 yaşındakı P. L. Yablanitsada, 44 yaşındakı N. E. isə Zenitsa şəhərində donaraq həyatını itirmişdi.