Bakıda dəhşət: Boğazı kəsilən gəncin kimliyi məlum olub







Dünən axşam saatlarında Bakının mərkəzində qətl hadisəsi baş verib. Cinayət "Sahil bağı”nın yaxınlığında qeydə alınıb. İlkin məlumata görə, iki gənc arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. Gənclərdən biri bıçaqla digərinin boğazını kəsib. Hazırda hüquq-mühafizə əməkdaşları hadisə yerində müayinə aparırlar.
Bakının mərkəzində boğazı kəsilən gəncin şəxsiyyəti məlum olub.
Səbail rayon prokurorunun köməkçisi Mirfariz Seyidəliyevin APA-ya verdiyi məlumata görə, qətlə yetirilənin şəxsiyyəti müəyyənləşdirilib. Bu, 1989-cu il təvəllüdlü Həsən Namiq oğlu Həsənovdur.
Cinayətin kim tərəfindən törədildiyi isə hələlik məlum deyil. O, qətli törətdikdən sonra hadisə yerini tərk edib. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.