81 yaşlı kişi mənzilində ölü tapıldı






Bakıda 81 yaşlı kişinin mənzilində meyiti tapılıb.
 FHN-nin saytının məlumatına görə, Yasamal rayonunda 1935-ci il təvəllüdlü Zolatik Yuri Serqeyeviçin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin müayinə zamanı Y. Serqeyeviçin vəfat etdiyi müəyyən olunub.