87 yaşlı atanın əkizləri 2 yaşına çatdı - Foto

Vanın Bahçesaray qəsəbəsində 87 yaşlı Abdullah Sevinc və həyat yoldaşı 48 yaşlı Mihrinaz Sevincin 2 il əvvəl dünyaya gələn əkizləri Həsən və Hüseynin 2 yaşı tamam oldu. Uşaqlarının dəcəllik etdiyini, gecələr oyanıb ağladıqlarını ifadə edən Abdullah Sevinc, "Mən də həyat yoldaşıma kömək edərək körpələrə baxıram" deyib. (Milliyet.com) 
 Abdullah Sevinc, 10 uşağı olan ilk həyat yoldaşı Hənifə Sevincin 17 il əvvəl vəfat etməsindən sonra özündən 39 yaş kiçik Mihrinaz Sevinclə evlənib. Cütlüyün 16 yaşında Ömər, 15 yaşında Fatma və 12 yaşında Zəhra adında uşaqları olub.
Mihrinaz və Abdullah Sevinc cütlüyünün 9 il aradan sonra bu dəfə əkizləri HƏSƏN və Hüseyn dünyaya gəlib. Tək körpə gözləyən Sevinc cütlüyü, əkizlərləri dünyaya gəlincə şok olub. Qoca yaşına baxmayaraq 2 yaşına çatan əkizləriylə xoşbəxt olduqlarını söyləyən Abdullah belə danışır:
"Allah nə nəsib etsə o olar. Oğullarım 2 yaşına gəldi. Çox sağlam  böyüyürlər. Amma çox dəcəllik edirlər. Gecələr qalxıb süd, yemək  istəyirlər. Onlar hər ağlayıb oyananda, mən də oyanıb yoldaşıma kömək edirəm."