9 aylıq körpə cinayətə təşəbbüsdən həbs olundu






PAKİSTANın Lahore şəhərində yaşıdları hələ iməkləyərkən  9 aylıq körpə məhkəmədə adam öldürməyə təşəbbüsdən mühakimə olunur.
Ailə vəkili Irfan Sadiq şərhində, "Məhəmməd Musa adlı körpə, atası və digər ailə üzvləri 1 fevral tarixində təbii qaz şirkəti səlahiyyətlilərinə daş atmaları səbəbiylə adam öldürməyə təşəbbüsdən mühakimə olunur" dedi. Dindirmə zamanı körpə Musa   ağlayarkən atası Məhəmməd Yasin onu çiyinlərinə götürüb sakitləşdirməyə  çalışdı. Atası,  körpəyə süd verərkən bir tərəfdən də məhkəmə heyətinin suallarını cavablandırdı. Bir çox pakistanlı, "Bu kiçik uşaq necə olur ki,  belə bir məhkəmə işində adı keçir. Bizim necə polislərimiz var belə?" deyərək vəziyyətə reaksiya verdi.
Ailə vəkili Sadiq,  körpənin ailəyə veriləcək cəzadan azad olmasını  nə qədər tələb etsə də bu istək dərhal qəbul edilməyib, araşdırmanın bitirilməsi üçün gözləniləcəyi açıqlandı.  Bu xəbər  ictimai mediada yayıldı və xüsusilə avropalılardan böyük reaksiyalar aldı. Pakistanda cinayət törətmə yaşı keçən il 7-dən 12-yə qaldırıldı, ancaq terror cinayətləri istisna olundu.