9 KİV-in adı “qara siyahı”ya düşdü - SİYAHI
14:09 08.11.2017
Arxiv
746
Bu gün Azərbaycan Mətbuat Şurasının "Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının iclası keçirilib. Lent.az-ın məlumatına görə, toplantını giriş sözü ilə MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov açaraq bildirib ki, Şuranın "Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası 10 ilə yaxındır fəaliyyətdədir. Qurumun tərkibində MŞ İdarə Heyətinin üzvləri ilə yanaşı kütləvi informasiya vasitələrindən və dövlət qurumlarından nümayəndələr var.
Qeyd edək ki, "Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının tərkibinə Azərbaycan Respublikasının Baş Prokurorluğundan və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətindən də təmsilçilər daxil edilib. Ə.Amaşov onların iclasda iştirak etdiklərini diqqqətə çatdırıb. Şura sədri vurğulayıb ki, Mətbuat Şurasının İdarə Heyəti qurumun Nizamnamə tələblərini rəhbər tutaraq mətbuatda hədə-qorxu və şantajla müşaiyyət edilən yazıları və ya məqalələri qarşı tərəfə - hüquqi, yaxud fiziki şəxsə təsir vasitəsi kimi qəbul etdiyindən belə hallarla mübarizədə "reket” adından istifadəni zəruri sayır. Bu zaman peşə fəaliyyəti, yaradıcılıq xüsusiyyətləri şikayət(lər)ə səbəb kütləvi informasiya vasitəsinin (qəzet, jurnal, informasiya agentliyinin, internet informasiya resursunun) müvafiq yazılarında tənqid obyektinə çevrilən hüquqi və fiziki şəxsə münasibətdə seçilmiş ifadələrdəki forma və metodlar əsas götürülür. Ə.Amaşov həmçinin bildirib ki, "reket nəşr”, "reket qəzet” və sair bu kimi adlar Şuranın peşə prinsiplərinə laqeyd yanaşan, onları mütəmadi pozan, tövsiyyə və iradlara məhəl qoymayan və etik dəyərlərə zidd hallara yol verən KİV-lərə qarşı tətbiq edilən ictimai məzəmmət və ictimai qınaqdır. Lakin çox zaman ictimai qınaq fayda vermir. Elə hallar olub ki, Şuranın "qara siyahı”sına daxil edilmiş informasiya vasitəsi yenidən xoşagəlməz fəaliyyətini davam etdirib. Bu cür mənfi tendensiyalar ciddi hüquqi ölçü tədbiri götürülməsini zəruriləşdirir. Araşdırmalar da onu göstərir ki, KİV materiallarında "reket” sözünün hüquqi məna daşıdığı hərəkət və ya hərəkətsizliyin nəticəsi olaraq hansısa cinayət əməlinin törədildiyinə dair şübhə yaranır.
"Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının sədri, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iclasın gündəliyində duran məsələlər barədə məlumat verib. O bildirib ki, rəhbərlik etdiyi komissiyaya Şuranın Şikayətlər üzrə Komissiyası tərəfindən təqdim edilmiş 9 rəydə 9 KİV-in adının "qara siyahı”ya salınması nəzərdə tutulub. Bunlar aşağıdakılardır:
1. "Obyektiv.org” saytı;
2. "Korrupsiyaya yox” qəzeti;
3. "Aztoday.az” saytı;
4. "Dövrün nəbzi” (dovrunnebzi.com) informasiya portalı;
5. "Dünyapress.com” saytı;
6. "Nia.az” saytı;
7. "Reallıq.info” saytı;
8. "Qanunxəbər” İnformasiya Agentliyinə ("Qanunxeber.az” saytına);
9. "Xalqınsesi.com” saytı.
MŞ-nin Şikayətlər üzrə Komissiyasının sədri, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli rəhbərlik etdiyi komissiyanın adları çəkilən KİV-lər barədə rəylərini zəruriləşdirən səbəblərdən söz açıb.
Müzakirələr gedişində bildirilib ki, "Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının fəaliyyətini gücləndirməsi vacibdir. Xüsusən də qurumun tərkibində hüquq-mühafizə orqanlarının təmsilçilərinin olmaları mövcud sahədə daha intensiv işin aparılmasına kömək göstərəcək.
Müzakirələrdən sonra adları çəkilən KİV-lərin adlarının MŞ-nin "qara siyahı”sına daxil edilməsinə dair rəy çıxarılıb. Bu istiqamətdə yekun qərar Şuranın İdarə Heyəti tərəfindən veriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat