Oqtay Əsədovdan deputatlara ciddi irad: “Telefonla danışmayın”





Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov deputatlara xəbərdarlıq edib. Lent.az-ın məlumatına görə, O,Əsədov gündəliyin müzakirəsi zamanı çıxışını yarımçıq kəsərək deputatlara səslənib:
"İclasın gedişi zamanı telefonla danışmağı, harasa durub getməyi və sair işləri yığışdırın. Bir-birimizə hörmət edək. Ayda iki-üç dəfə iclas keçiririk, ona da belə hörmətsiz yanaşmayın”. Bundan sonra spikerin irad tutduğu deputatlar gündəliyin müzakirəsinə qoşulublar.