Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının açılışı gününün - 12 iyunun qeyri-iş günü elan edilməsi ilə bağlı məsələ parlamentin bu gün keçirilən iclasının gündəliyindən çıxarılıb.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib. O bildirib ki, məsələ əvvəlcə iclasın gündəliyində yer alsa da, sonradan gündəlikdən çıxarılıb: "Məsələ bugünkü iclasın gündəliyindən çıxarılıb. Növbəti iclasların gündəliyinə salınıb-salınmaması ilə bağlı hələ məlumat yoxdur”.
Qeyd edək ki, iyunun 12-də "Bakı 2015” I Avropa Oyunlarının təntənəli açılış mərasimi keçiriləcək.