99 adamdan qan almış, 39 əməliyyat keçirmişdi

12 il əvvəl möcüzə nətəcəsində həyatda qalmışdı, intihar etdi




Eskişehirdə 12 il əvvəl qatar stansiyasında fotoşəkil çəkmək üçün çıxdığı vaqonun üzərində 25 min voltluq elektrik cərəyanına qapılıb ağır yaralanan, 39 dəfə əməliyyat keçirdikdən sonra sağlamlığına qovuşub manekenlik edən 29 yaşındakı Cem Özdilek, intihar etdi.

İstanbuldakı bir agentlikdə manekenlik etdiyi və subay olduğu ifadə edilən Cem Özdilek, Eskişehirdəki evlərində canına qıydı. Özdiləkin cəsədini evə gələn yaxınları tapdı. Özdilek, Eskişehirdə torpağa verildi.

Özdilek müalicə gördüyü müddətcə 99 adamdan qan almış, 39 əməliyyat keçirmişdi. O dövr həkimi, "Cem tərli olduğu üçün xilas oldu. Çünki elektrik tənbəldir. Nəmli bədəndə yalayar keçər. Bədəni quru olsaydı, deşib orqanlarını təsir edəcək və öldürəcəkdi” demişdi.

Yaxınları, Cem Öz idiləkin yaxşılaşdıqdan sonra getdiyi İstanbulda bir agentlikdə manekenlik və aktyorluq etdiyini, zaman zaman Eskişehirə anasını ziyarətə gəldiyini söylədi.