ABŞ-da banka silahlı hücum: Çox sayda adam vuruldu




ABŞ-ın Florida ştatında banklardan birinə silahlı hücum edilib.

Axar.az xəbər verir ki, hücum zamanı çox sayda adamın vurulduğu bildirilib.

Floridanın Sebrinq bölgəsindəki hadisə zamanı yaralıların da olduğu, çox sayda adamın girov götürüldüyü qeyd edilib.

Silahlı hücumu təşkil edən şəxsin yaxalandığı barədə məlumat yayılıb.