ABŞ-da hava limanında atəş açan şəxsin adı açıqlanıb





ABŞ-da hava limanında atəş açan şəxsin adı açıqlanıb. APA-nın xəbərinə görə, bu barədə NBC News məlumat verib.
Polisin verdiyi məlumata əsasən, Fort-Loderdeyl şəhərində hava limanında atəş açaraq 5 nəfəri öldürən və 13 nəfəri yaralayan şəxs Esteban Santyaqodur. O, Fort-Loderdeyl şəhərinə Alyaska ştatından gəlib, üzərindəki silahı isə qanun pozuntusu olmadan təyyarəyə keçirib.
Onun üzərində hərbi sənədlərin olduğu bildirilir. Hazırda o, Federal Təhqiqatlar Bürosu əməkdaşları tərəfindən dindirilir. Florida polisi baş verən hadisənin terror aktı olmadığını bildirib.