ABŞ-da kimya zavodu partladı: İtkin düşən və yaralananlar var

Qeyd olunan müəssisənin sabun və müxtəlif turşular istehsal etdiyi bildirilir

 
ABŞ-ın Texas ştatında fəaliyyət göstərən kimya zavodunda partlayış baş verib, fəhlələr arasında xəsarət alanlar var. Sputnik Azərbaycan "RİA Novosti”yə istinadən xəbər verir ki, insident Kresson şəhərində baş verib.
Yerli KİV-lər partlayış nəticəsində bir nəfərin itkin düşdüyünü qeyd edir. Xəsarət alanlardan birinin vəziyyəti kritikdir.
​Qeyd olunan müəssisənin sabun və müxtəlif turşular istehsal etdiyi bildirilir.