ABŞ-da silahlı insident: 2 polis ağır yaralandı





ABŞ-ın Amerikus şəhərində (Corciya ştatı) silahlı insident baş verib. APA-nın xəbərinə görə, bu barədə "Fox News” telekanalı məlumat yayıb.
Məlumata görə, şəhərdə yerləşən yaşayış komplekslərinin birində atışma olub. Hadisə nəticəsində iki polis əməkdaşı ağır yaralanıb.
Yaxınlıqdakı universitetin əməkdaşları və tələbələri təxliyə olunub. Hadisənin təfərrüatları müəyyənləşdirilir.