ABŞ-dan Suriyalı müxaliflərə MANPAD gəlir





ABŞ Müdafiə Nazirliyinin 619 milyard dollarlıq 2017-ci il büdcə qanunu, Senatda qəbul edilərək Ağ Evə göndərildi. Qanuna sonradan əlavə olunan bir maddə, müəyyən şərtlər qeydiylə Suriyadakı müxaliflərə "daşına bilən hava müdafiəetmə mərmiləri" (MANPAD) verilməsinin də önünü açır.
 Söz mövzusu olan  büdcə qanunu, keçən həftə də Konqresin digər qanadı olan Nümayəndələr Məclisində 37 əleyhinə, 375 leyhinə səslə qəbul edilmişdi.

Beləcə Pentaqonun nəhəng büdcəsi, Konqresin hər iki qanadından da ən az 2/3 əksəriyyətlə keçdiyi üçün ABŞ prezidenti Barak Obamanın veto səlahiyyətini aşmış oldu.

Qanunun, (təhlükəsizlik idarələrindən keçmiş) Suriyalı müxaliflərə "daşına bilən hava müdafiəetmə mərmiləri" verilməsini maneə törədən əlaqədar hissəsinə gətirilən istisna ilə bu mərmilərin verilə bilməsinin önü açıldı.
Qanunla, Müdafiə  və Xarici işlər nazirlərinin ortaq qərarını tələb edən MANPAD dəstəyinin, hansı qruplara, nə qədər müddətə və hansı şərtlərdə veriləcəyi şərtlərə bağlanmış oldu.